Lənkərandakı istirahət məkanları cərimələndi - SƏBƏB

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən "Ləzzət" və "Gəl arada bir" adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib və bununla bağlı F.Həsənov və K.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
Eyni zamanda, Lənkəran şəhəri Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N.Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}