"Avropa koronavirusun ikinci dalğasına hazır olmalıdır" - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanı arxayınlaşmamağa və payızda koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb.
Şəffaflıq.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Xans Klyuqe bildirib.
Klyuqe Avropa ölkələrinə epidemiyaya görə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvi məsələsində ehtiyatlılıq nümayiş etdirməyi məsləhət görüb.
"Mən ikiqat dalğadan çox narahatam: bizdə payızda COVID-19-un ikinci dalğası və mövsümi qrip və ya qızılcalar ola bilər", - o əlavə edib. ÜST nümayəndəsi həmçinin xatırladıb ki, pandemiya hələ qurtarmayıb. Onun sözlərinə görə, 43 Avropa ölkəsindən 32-si karantin təbdirlərini zəiflədir. O, bunu tədricən və dəqiq etməyə çağırıb.
"İnsanlar düşünürlər ki, təcridetmə başa çatıb. Heç nə dəyişmədi. Xəstəliklərə nəzarət üzrə tədbirlərin tam həcmi qüvvədə qalmalıdır. Bu əsas şüardır", - Klyuqe qeyd edib.
Xans Klyuqe bildirib ki, vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid etməyə və ən pisə hazırlaşmağa dəyər.
Facebook-da paylaş