ÜST rəsmisindən ölkələrə CİDDİ XƏBƏRDARLIQ
Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus onlayn konfrans rejimində baş tutan Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib.
“Hakimiyyət əhali ilə şəffaf davranmalı, infeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər və bu tədbirlərin müddəti barədə insanlara daim məlumat verməlidir. Hökumətlərin bu böhran aradan qaldırıldıqdan sonra əhalini təcili tədbirlərin ləğv ediləcəyinə və həyatın normal vəziyyətə qayıdacağına inandırması çox vacibdir”, - deyə ÜST rəsmisi çıxışında qeyd edib.
Qebreyesus bir çox ölkədə pandemiya səbəbi ilə sərt məhdudiyyətlərin tətbiq olunduğunu, sərhədlərin, yolların, təhsil müəssisələrinin bağlandığını, hətta fövqəladə vəziyyət tətbiq olunduğunu diqqətə çatdırıb:
“Bütün bunlar koronavirusun yayılmasını azaltmaqla əhalini qorumaq üçün edilir. Ancaq hazırkı çətin şəraitdə belə vətəndaşların hüquqları barədə unutmaq olmaz. Qəti tədbirlər həyata keçirərkən insanların hüquq və ləyaqətinə hörmət edilməli olduğunu unutmamalıyıq”, - mütəxəssis vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı hazırda müxtəlif ölkələrdə hökumətlərin infeksiyaya qarşı mübarizədə istifadə etdiyi qanunverici tədbirlərin icmalını hazırlayır. Baş direktor əlavə edib ki, bu sahədəki qanunları nəzərdən keçirmək üçün dünyanın aparıcı mütəxəssisləri ilə işləyirlər:
“COVID-19 cəmiyyətimizi məhv edir, lakin bu pandemiya təməlimizi sarsıda bilməz”Publika.az
Facebook-da paylaş