Rusiyada 1 666 hərbçidə COVID-19 aşkarlanıb
Rusiyada hərbçilər arasında koronavirusla bağlı keçiriləntestlərin 1 666-sı müsbət olub.Hərbi təhsil müəssisələrindəki kursantların isə 1 244-ü COVID-19 infeksiyasına yoluxub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 378-i hərbi hospitallarda, 586-sı növbətçi məntəqədəki təcrid mərkəzlərində, 20-si digər xəstəxanalarda, 682 nəfər isə evdə müalicə alır.
Koronavirusa yoluxan hərbçilərdən ikisinin vəziyyəti ağır, 11-nin orta ağırdır. Bildirilib ki, müalicə alan 490 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş