Bu gün ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Şəffaflıq.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-ü, üçüncüsü mayın 16-na və sonuncusu mayın 20-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.
Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.
Facebook-da paylaş