Əsas Səhifə > Gündəm > Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir12-05-2020, 18:25 |
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. Şəffaflıq.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-ü, üçüncüsü mayın 16-na və sonuncusu mayın 20-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib. Geri qayıt |