Operativ Qərargah karantin rejimi ilə bağlı AÇIQLAMA VERDİ — SON DƏQİQƏ
Şəffaflıq.az yeniavaz.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədova çıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirdi: "Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, 3 gündür artıq azalma var. Burada əsas azalma tendensiyasıdır". İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışdı: " O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".
Facebook-da paylaş