Dünyada koronavirusla bağlı son vəziyyət

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Yoluxma sayına görə dünyada ilk sırada olan ölkələrdə artıq pik hədd arxada qalıb. Həmin ölkələrdə yoluxma sayı əvvəlki həftələrlə müqayisədə xeyli aşağı enib. Eyni zamanda ABŞ və İngiltərə istisna olmaqla ilk sırada yer alan ölkələrdə bu günlərdə ölüm sayı da azalan xəttə keçib.

Artıq bir həftəyə yaxındır ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 3 milyonu keçib.

Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 281 min 637 nəfərdir. Ölənlərin ümumi sayı isə 232 min 161-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 33 min 488 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 15 min 988 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 54 min 443 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 3 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 79 min 894 nəfər koronavirusa yoluxub. Son saatlarda 15 min 700 nəfər yoluxma, 1017 nəfər isə ölüm halı qeydə alınıb. Onu da bildirək ki, ABŞ-da yeni yoluxma və ölüm sayı Bakı vaxtı ilə gecə saat 1 radələrində açıqlanır.

Növbəti sırada yer alan İspaniyada bu gün 2 min 740 nəfər yoluxub, 268 nəfər ölüb. İspaniyada yoluxan və ölənlərin sayı azalan xəttə keçib. Bu baxımdan ölkədə tətbiq edilən karantin rejimi də yumşaldılıb. İtaliyada bir neçə saat ərzində 1872 nəfər yoluxub, 285 nəfər ölüb. Bu ölkədə də gündəlik ölənlərin sayında müəyyən qədər azalma var. İngiltərədə isə son saatlarda 6 min 32 nəfər yoluxub, 674 nəfər ölüb. İngiltərə rəsmiləri bildirirlər ki, ölkələrində koronavirusa yoluxma pik həddi keçib. Lakin statistika göstərir ki, hələ də yoluxma sayı yüksək olaraq qalmaqdadır.

Növbəti sırada yer alan Fransada gündəlik ölən və yoluxanların sayı xeyli azalıb. Son saatlarda Fransa 758 nəfərin yoluxduğunu, 289 nəfərin isə öldüyünü açıqlayıb.

Almaniyada bu gün 886 nəfər yoluxub, 96 nəfər isə ölüb. Son günlərin statistikası ilə müqayisə etsək, Almaniyada bir qədər artım var.

Almaniyadan sonra ard-arda üç sırada Azərbaycanla quru sərhəddə yerləşən ölkələrdir. Belə ki, sıra üzrə Almaniyadan sonra gələn Türkiyədə bu gün 2 min 615 nəfər yoluxub, 93 nəfər ölüb. İranda bu gün 983 nəfər yoluxub, 71 nəfər isə ölüb. Rusiyada isə bu gün yoluxanların sayı yenə də yüksəkdir. Belə ki, şimal qonşumuzdan son saatlara 7 min 99 nəfər yoluxub, ölənlər isə 101 nəfərdir.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}