ABŞ-da ''Qatil arı'' PANİKASI
Şəffaflıq.az xəbər verir ki, koronavirusdan ölənlərin sayının 70 min nəfər olduğu ABŞ-da indi də Asiya sortu olan arılar panika yaradıb. Yaponiyada hər il 50 min insanın ölümünə səbəb olan Asiya eşşək arısının ölkəyə necə daxil olduğu hələlik məlum deyil. Arının ağız hissəsinin çox böyük və kəsici olduğunu deyən mütəxəssislər dekabrda görülən həşəratın Çindən çatdırılma xidməti ilə gəldiyini iddia edirlər. Arı mütəxəssisi Anthoni Planakis bildirib ki, ''Arılar yaşıllığın çox olduğu Nyu-Yorkun ətrafına gələ bilərlər. Dəstə halına gəlmələri üçün bir neçə arı kifayət edər. Arıların hər yerə yayılması illər çəksə də, əgər hansısa maşında yuva qurub şəhərdən şəhərə gedərlərsə bu daha tez baş verər. 5 santimetrlik arıların iynələri insanı ölümcül hala sala bilər. Məhz ona görə də həmin arılar ''Qatıl arı'' adlanır''.
Facebook-da paylaş