Səudiyyə Ərəbistanında məscidlər açılır?
"Məscidlərdə namaz qılınmasına qoyulan qadağanın qaldırılması dindarların tibbi baxımdan təhlükəsizliyi təmin edildikdən sonra mümkün ola bilər".
Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdül Lətif Əl Şeyx belə deyib.
Şəffaflıq.az “SPA” agentliyinə istinadən bildirir ki, Səudiyyə hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər çərçivəsində məscidləri də bağlamalı olmuşdu.
"Məscidlərdə cümə və məcburi qrup namazlarının müvəqqəti olaraq dayandırılması qlobal koronavirus pandemiyası fonunda insanların həyatını gözlənilən təhlükədən qorumaq məqsədi güdür”, - nazir deyib.
Əbdül Lətif Əl Şeyxin sözlərinə görə, səhiyyə və dini qurumlar vəziyyəti daim təhlil edir və mövcud duruma uyğun olaraq müvafiq addımlar atır.
“SPA” bildirir ki, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanında tezliklə məscidlərin açılacağı ilə bağlı xəbərlər yayılıb. Nazir bu açıqlamanı həmin şayiələrə aydınlıq gətirmək məqsədi ilə verilib.
Facebook-da paylaş