Rusiyanın koronavirusa yoluxan Baş Nazirindən xəbər var

 

Rusiyanın koronavirusa yoluxan Baş Naziri Mixail Mişustin xəstəxanadan işləməyə davam edir.

Bu barədə hökumətin mətbuat katibi Boris Belyakov bildirib. Hazırda Mişustinin səhhətinin normal olduğunu bildirən sözçü onun telefon vasitəsilə işçilərlə əlaqədə olduğunu və sənədlərlə işlədiyini qeyd edib.

Xatırladaq ki, Mixail Mişustin aprelin 30-da xəstəliyi barədə Prezident Vladimir Putinə məruzə etmişdi.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}