Rusiyanın baş naziri koronavirusa yoluxdu
Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini məlumatlandırıb.
Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq A.Belousova tapşırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş