Yerə düşən ən bahalı meteoritlər — SİYAHI
Şəffaflıq.az xəbər verir ki, meteoritlər çox vaxt az qala “kosmik” qiymətə satışa çıxarılır. Beləliklə, indiyədək satılmış ən bahalı meteoritləri təqdim edirik: 9. “Gibeon” meteoriti
Bu meteorit 1836-cı ildə aşkar edilib. Alimlərin fikrincə, o, Yerə 500 000 il əvvəl düşüb. İlk dəfə nama tayfası tərəfindən aşkar edilib. Onlar meteoritin ayrı-ayrı parçalarından silah və əmək alətləri düzlətmək üçün istifadə edirdilər. Meteorit 280 000 avro məbləğində dəyərləndirilir.
8. Zaqami meteoriti
Bu, indiyə qədər Yerə düşən meteoritlərin arasında ən irisi hesab olunur. Bu səma obyekti 1962-ci ildə Zaqamidən (Nigeriya) olan fermerin cəmi bir neçə addımlığına düşərək, onu az qala öldürmüşdü. Meteoritin bir parçası 278 000 avroya satılıb.
7. Dar əl Qani 1058
Dar əl Qani hərracda satılan ən bahalı meteorit olub. O, 281 000 avro məbləğində dəyərləndirilir. Bu meteorit 1998-ci ildə Liviyada tapılıb.
6. Çelyabinsk meteoriti
Meteorit 2013-cü il fevralın 15-də Yerə düşüb. Bu səma obyekti zərbə dalğaları nəticəsində parçalanaraq, hissələri Rusiyanın Çelyabinsk və ətraf regionlarına, eləcə də Qazaxıstan ərazisinə düşüb.
Onun əksər fraqmentləri Çelyabinsk əyalətində tapılıb. Onun 654 kq ağırlığında olan ən iri parçası isə 2013-cü ilin oktyabr ayında Çebarkul gölünün dibindən qaldırılıb. Meteorit 336 000 avro məbləğində dəyərləndirilir.
5. “Springwater” meteoriti
Meteorit 1931-ci ildə Kanadanın Saskaçevan əyalətində tapılıb. Onun 52,8 kq ağırlığında olan ən iri fraqmenti Torontoda Ontario Kral muzeyində saxlanılır. O, 511 000 avro məbləğində dəyərləndirilir.
4. “Conception Junction” meteoriti
Bu meteorit 2006-cı ildə ABŞ-ın Missuri ştatında tapılıb. Tədqiqatçılar hesab edirlər ki, o, vaxtilə Marsla Yupiterin arasında fırlanan asteroidin bir parçası olub. O, 724 000 avro məbləğində dəyərləndirilir.
3. Uillamet meteoriti
Meteoritin çəkisi 15,5 tondan çoxdur. Bu, ABŞ ərazisində tapılmış ən iri, dünyada isə ölçücə ən böyük meteoritdir. O, Oreqon ştatında aşkar edilib. Meteorit 851 000 avro məbləğində dəyərləndirilir.
2. Brenham meteoriti
Meteoritin əsas hissəsi Kanzas ştatında (ABŞ) 2005-ci ildə tapılıb. O, 896 000 avrodan artıq məbləğdə dəyərləndirilir.
1. Fukan meteoriti
Bu meteorit Çinin şimal-qərb hissəsində yerləşən Fukan şəhərində tapılıb. Meteorit 50 % dəmir-nikel əsasından və 50 % də olivindən ibarətdir. Bu kosmik obyektin ümumi çəkisi 1 000 kq olub. Lakin meteorit bir neçə hissəyə bölünərək müxtəlif hərraclara çıxarılıb. O, ümumilikdə isə 1,7 milyon avro məbləğində dəyərləndirilir.
Facebook-da paylaş