Dünyada neft-qaz qurğularının önəmli hissəsi işini dayandırıb
Dünyada neft və qazın çıxarılması üzrə qurğuların kəmiyyəti 450 ədəd azalaraq 1514-ə enib.
Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə neft-servis xidmətini həyata keçirən “Baker Hughes” şirkətinin açıqlamasında deyilir.
Qeyd etmək lazımdır ki, 2019-cu ilin aprelində dünyada neft və qazın çıxarılması üzrə 2140 böyük qurğu olub.
Təkcə ABŞ-da neft-qaz qazma qurğularının sayında 206 azalma (26,6%) qeydə alınaraq 566 ədəd təşkil edib. Kanadada da neft buruqlarının sayı 100-dən 33-ə enib.
“Baker Hughes” Avropada da eyni statistikanın müşahidə olunduğunu bildirir. Qoca qitədə 11 qurğu fəaliyyətini dayandırıb və indi burada onların sadəcə 112-si işini davam etdirir. Yaxın Şərqdə 240 (8 azalma), Latın Amerikasında 89 (80 azalma), Asiya-Sakit okean bölgəsində 191 (40 azalma), Afrikada isə 103 (5 azalma) qazma qurğusu qalıb.
Ümumiyyətlə neft şirkətləri 2019-cu ildə sarsıdıcı zərərə uğrayıblar. “Rystad Energy” firmasının məlumatında neft korporasiyalarının təkcə 2019-cu ildəki ziyanının artıq 1 trilyon dollar olduğu göstərilib.
Şirkətin hesablamarına görə, 2019-cu ildə dünyanın ən böyük neft-qaz firmalarının gəliri 2,47 trilyon dollar təşkil edib. Hazırkı gəlirdə isə 40%, daha doğrusu 1,47 trilyon dollarlıq azalmadan bəhs etmək olar.
Bunun nəticəsində enerji sektorunun da qlobal iqtisadiyyatda payı kiçilib və dünyanın ən avtoritet fond indeksilərindən sayılan “S&P”-nın təsbitlərinə əsasən, 15%-dən 3%-ə qədər enib. Analitiklər həmin 2020-ci ildə razılaşdırılan layihələrdə də rekord sayda aşağı göstəricilərə diqqət çəkiblər. 2020-ci ildə enereji sektoruna qoyulan sərmayə ötən illə müqayisədə 25% azalaraq 110 milyard dollar olub.
Facebook-da paylaş