MİLLİ MƏCLİSİN İKİ ŞÖBƏSİ LƏĞV EDİLDİ - 4 şöbəsi birləşdirildi
Milli Məclis Aparatında aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilib.
Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncamla Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.
Eyni zamanda Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində parlamentin şöbələri birləşdirilib.
Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı da spiker Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.
Facebook-da paylaş