Polis postunda ŞOK OLAY: 10 OO 018 nömrəli maşını ilə "saxla" deyən serjantı vurdu və... - VİDEO
Video əlavə olunub.
Bu gün saat 12 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Publika.az xəbər verir ki, Qazax istiqamətində hərəkət erən "Mercedes S Class 500" markalı lüks avtomobil polisin "saxla" əmrinə tabe olmayıb. 10 OO 018 dövlət qeydiyyat nişanlı lüks avtomobil sürətlə hərəkət edərək onu saxlamağa çalışan polisə çırpılıb.
Polis serjantı dərhal həmkarlarının köməkliyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post patrul naryadı cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş