Şamaxıda polislər qaydalara riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. -FOTO

 
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.Şamaxıda polislər qaydalara riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir.

Şəffaflıq.az-ın  məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Şamaxı rayon giriş  hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla,icazə verilmiş SMS vaxtındansəmərəli istifadə, yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. 

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Vahid İsmayılov.

Şamaxı:
Şəffaflıq.az  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}