Günün qoroskopu: 07 Aprel

 
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Gün xoş tanışlıqlar, maraqlı söhbətlər, şəxsi həyatınızda yaxşı dəyişikliklər vəd edir. İnsanları yaxşı başa düşür, yeni tanışlarınızı düzgün qiymətləndirir, məhz lazım olan adamlarla maraqlanırsınız. Bir çox Qoçlar bu gün gələcəklərini təyin edəcək qərarlar verəcəklər.
Buğa - ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır: insan sizə nə qədər yaxındırsa, onunla dil tapmaq bir o qədər çətindir. Təsadüfi tanışlarla isə çox tez qaynayıb-qarışırsınız.
Əkizlər - ailə üzvlərinizlə münaqişələr gözlənilir: yaxınlarınız sizi başa düşmürlər. Sizin qanınız qaralır və neqativ emosiyalarınızı büruzə verirsiniz. Gənc Əkizlər düşünülməmiş hərəkətlərə meyllidirlər.
Xərçəng - bu gün xırda anlaşılmazlıq və fikir ayrılıqları olacaq. Bunlar hamısı işləməyinizə, məqsədə doğru getməyinizə və planlarınızı reallaşdırmağa ciddi mane olur. Siz başqalarının işinə yarınmağa çalışır və unudursunuz ki, sizin tələbləriniz, ideya və gözləntiləriniz də diqqət tələb edir.
Şir - günün necə olması sizin özünüzlə razılıqda olub-olmamağınızdan asılıdır. Əgər əzginsinizsə, özünüzə inamınız yoxdursa, tənbəlliyə meylli olacaq, zəifliklərinizin əsarətinə düşəcəksiniz. Emosiyalarınız ağlınıza üstün gələcək və ən gözlənilməz və lazımsız anda hisslərinizin təsiri altında hərəkət edəcəksiniz.
Qız - mürəkkəb və riskli layihələrə girişməyin. Vacib problemlərin həllini ləngidin, bundansa cari işlərə diqqətinizi yönəldin. Sizi nəyəsə təhrik edirlər? Vecinizə də almayın: hər kəs közü öz qabağına çəkmək istəyir, sizdən isə istifadə etməyə çalışırlar. Həmçinin siz bir az tənbəlliyə meyllisiniz, bu elə də pis deyil.
Tərəzi - daxili münaqişələrini boğmağı bacaran Tərəzilər günü sakit keçirəcəklər: planlarını həyata keçirməkdə onlara heç kim və heç nə mane ola bilməyəcək. Yalnız səhhətinizə diqqət yetirin, vaxtında tədbir görməsəniz, yüngül soyuqdəymə ciddi fəsadlar törədə bilər.
Əqrəb - sizin üçün dəyərli insanlarla (həm işdə, həm də şəxsi münasibətiniz olanlarla) münasibətlər gərginləşə bilər. Qadın qohumlarınızla ciddi fikir ayrılıqları gözlənilir. Maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etməyə çalışmayın.
Oxatan -diplomatik fəaliyyət üçün yaxşı gündür. Danışıqları virtuozcasına aparmaq, düşmən tərəfləri barışdırmaq, onları hətta bir-birilə dostlaşdırmaq sizin əlinizdə su içmək kimi asandır. Başqa sadə və "qaba" məsələlər sizə maraqsız görünür və onların öhdəsindən gələ bilmirsiniz.
Oğlaq - mövcüd işgüzar əlaqələr möhkəmlənir. Əməkdaşlığa mane olan fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həyatın bütün sferalarında dəyişikliklər etmək mümkündür. Bir çoxları çətin şəraitdən çıxış yolları axtarıb tapırlar. Bəziləri isə sevgini bir qırağa qoyub ümumi mənafelər naminə nikah bağlamaq niyyətindədirlər.
Dolça - günün birinci yarısı çox sakit keçir, vacib qərarları məhz bu zaman vermək lazımdır. Bu dövrdə cavabını tapa bilmədiyiniz suallar uzun müddət havadan asılı qalacaq və işinizə mane olacaq.  Müştərək iş uğurlu ola bilər, amma gərək ortaqlarınız təcrübəli və bilikli insanlar olsunlar, siz də onlardan nəsə öyrənməyə hazır olasınız.
Balıqlar - peşəkar cəbhədə isə işlər o qədər də ürəkaçan deyil. Ciddiləşə bilmirsiniz, sadəcə, yığılıb qalan problemləri həll etmək istəmirsiniz. Cari işləri isə barmaqarası görürsünüz. Rəhbərlik sizdən narazı olacaq.  Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}