MM-in iclasında bu deputatlar iştirak etməyəcək - SİYAHI

Milli Məclisin yaz sessiyasının martın 30-da keçiriləcək növbəti plenar iclasında yaşı 65-dən çox olan deputatlar iştirak etməyəcək.
Şəffaflıq.az xəbvər verir ki, bu, Nazirlər Kabinetinin martın 23-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq olunması haqqında qəbul etdiyi qərarla bağlıdır. Belə ki, ölkədə yaşı 65-dən yuxarı olan və hələ də dövlət strukturunda çalışan müxtəlif peşə sahibləri və vəzifəli şəxslər yüksək riskli yaş qrupuna aid olduqlarına görə, evdən çıxmaları qadağan edilib.
Milli Məclisdə də yaşı 65-də yuxarı olan deputatlar olduğuna görə, həmin şəxslərin də evdən çıxması qəbul edilmiş qərarla hələlik qadağandır.
Məhz bununla əlaqədar olaraq Milli Məclisin növbəti iclasında İsa Həbibbəyli (71), Səttar Möhbalıyev (65), Eldar İbrahimov (75), Madər Musayev (72), Rasim Musabəyov (69), Asim Mollazadə (66), Ziyad Səmədzadə (79), Sədaqət Vəliyeva (66), Eldar Quliyev (68), Mixail Zabelin (73), Oqtay Əsədov (65), Vahid Əhmədov (72), Anatoli Rafailov (67), Fəzail Ağamalı (72), Sabir Rüstəmxanlı (73), Əhliman Əmiraslanov (72), Fəzail İbrahimli (68), Cavanşir Paşazadə (66), Tahir Rzayev (69), Aqil Abbas (66), Sabir Hacıyev (65), Əli Məsimli (67), Bəxtiyar Sadıqov (68), Elman Məmmədov (69), Aqiyə Naxçıvanlı (70), Ziyad Səmədzadə (79), Fəttah Heydərovun (82) elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da Apa-ya açıqlamasında Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından karantin qaydalarına əməl edilməsi xahişinin ediləcəyini bildirib.

O, həmçinin qeyd edib ki, Milli Məclisin martın 30-da keçiriləcək iclasında iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı sabahdan test yoxlamasından keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}