Deputat Vüqar Bayramov 3 təkliflə çıxış edib.

Bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, komitənin iclasında deputat Vüqar Bayramov 3 təkliflə çıxış edib. Daha doğrusu iqtisadçı qaldırdığı 3 məsələni komitənin fəaliyyət planına daxil olunmasını təklif edib.
Deputat qeyd edib ki, “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi və məcburi sosial ödənişlər ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına məqsədəuyğun olardı: “Minimum əməkhaqqının artırılması sosial təminat baxımdan təqdirəlayiq və vacibdir. Bununla yanaşı, minimum əməkhaqqı məbləği artdıqca məcburi sosial ödəniş məbləğlərində də artım olur. Hazırda xidməti müqavilə ilə çalışan və 250 manat gəlir əldə edən vətəndaşımız 62 manat 50 qəpik sosial vergi ödəyir. Bu da kifayət qədər yüksək məbləğdir”.
Deputatın ikinci təklifi məcburi köçkünlərlə bağlı olub:
“Məcburi köçkünlərin statusu və kompensasiyanın təyin edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Məsələn, mənzil sahibi olan məcburi köçkünlərə yemək, kommunal və digər xərclər üçün müavinətlər ödənilmir. Halbuki, vətəndaşımız mənzil problemini həll etməklə dövlətə xeyir vermiş olur”.
Vüqar Bayramov həmçinin sosial ödənişlərdə ünvanlığı təmin etmək üçün “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbul olunmasını təklif edib: “Belə ki, bu qanun qəbul etməklə hər bi ev təsərrüfatının gəlirini müəyyənləşdirmək və sosial yardımlarda tam ünvanlığı təmin etmək mümkündür”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}