ABŞ-nin Hörmüzdə İran gəmisinə hücumu nəticəsində 10 dənizçi yaralanıb
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İranın ticarət gəmisinə hücum edib, nəticədə 10 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Hücum ötən gün Hörmüz boğazı və Makran dənizi (Omanda) sularında baş verib, burada Minab mahalının sahilləri yaxınlığında olan yük gəmisi vurulub. Məlumata görə, gəminin göyərtəsində ümumilikdə 15 dənizçi olub. Axtarış-xilasetmə işləri aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








