İranda 5 maqnitudada zəlzələ olub


İranın Kermanşah əyalətində 5 maqnitudada zəlzələ qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin dövlət televiziyası xəbər verir.

Məlumata görə, zəlzələ əyalətin Qərbi Gilan rayonunda qeydə alınıb.

Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələ ocağının 9 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}