Rusiyaya gələnlərdən barmaq izlərinin götürülməsi tələbinin müddəti uzadılıb


Rusiya hökuməti ölkəyə daxil olan əcnəbilərdən biometrik məlumatların toplanması üzrə təcrübənin müddətini uzadıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə qərarı Rusiya Nazirlər Kabineti təsdiq edib.

Təcrübənin 30 iyun 2026-cı ilə qədər davam etməsi planlaşdırılırdı. İndi isə müddət 31 dekabr 2027-ci ilə qədər uzadılıb.

Qanun layihəsinə əlavə edilmiş sənədlərdə qeyd olunub ki, təcrübənin bütün mərhələlərinin uzadılması qazanılmış müsbət təcrübəyə, eləcə də bütün sərhəd keçid məntəqələrinin ardıcıl olaraq modernləşdirilməsinə və biometrik identifikasiya proqram təminatının təkmilləşdirilməsinə əsaslanaraq zəruridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}