Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ABŞ-yə rəsmi səfər ediblər.
Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ABŞ-yə rəsmi səfər ediblər. Şəffaflıq.az-ın "Fox News"a istinadən məlumatına görə, Ağ Evin Protokol rəhbəri Monika Krouli tərəfindən qarşılanan kral cütlüyü üçün Endryus birləşmiş bazasında rəsmi qarşılanma mərasimi keçirilib. Qeyd olunur ki, III Çarlz və Kamilla Ağ Evə gedəcəklər, onları ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayacaq. Onların şərəfinə rəsmi qəbul keçiriləcək. "Bu səfər iki ölkənin ortaq tarixi, o vaxtdan bəri inkişaf edən iqtisadi, siyasi və mədəni əlaqələrin genişliyi və cəmiyyətlərimizi birləşdirən insanlar arasında sıx əlaqələr haqqında düşünmək üçün imkan olacaq", - Britaniyanın ABŞ-dəki Səfirliyinin press-relizində bildirilir. ABŞ-nin müstəqilliyinin 250 illiyinə təsadüf edən dörd günlük səfər zamanı III Çarlz və Kamilla Vaşinqton, Nyu-York və Virciniyaya səfərlər edəcək, orada Amerika lideri və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşəcəklər. Qeyd olunur ki, Britaniya monarxı III Çarlz da ABŞ Konqresində çıxış edəcək ki, bu da tarixdə cəmi bir dəfə - 35 il əvvəl baş verib. II Elizabet ABŞ-yə dörd dəfə - 1957, 1976, 1991 və 2007-ci illərdə - dövlət səfəri edib, lakin o, yalnız üçüncü dəfə Konqresdə çıxış etmək imkanı qazanıb.
Facebook-da paylaş








