Gürcüstanda nazir müavini koronavirusa yoluxdu
Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxduğu təsdiqlənib.
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazir müavini hazırda həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.
Xəbəri paylaş
Facebook-da paylaş