Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, general-mayor aprelin 24-ü saat 10:00-da Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 20 aprel 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir. Şəffaflıq.az
Facebook-da paylaş








