Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edəcək


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul dekabrın 5-i saat 10:00-da Xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında olacaq. Xidmət rəisi Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 2 dekabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}