Mürsəl İbrahimov Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirəcək.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, fevralın 20-si saat 10:00-a planlaşdırılan qəbulda Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edəcəklər.

Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 16-dək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}