Əsas Səhifə > SİYASƏT > Mürsəl İbrahimov Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək
Mürsəl İbrahimov Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək4-02-2026, 10:55 |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirəcək. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, fevralın 20-si saat 10:00-a planlaşdırılan qəbulda Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edəcəklər. Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 16-dək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir. Şəffaflıq.az Geri qayıt |