İstanbulun qərbində polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 30 nəfər yaralanıb.
İstanbulun qərbində polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 30 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i İstanbul vilayəti merinin ofisinə istinadən məlumat yayıb. "Polisləri daşıyan avtobus Başakşehir rayonunda Şimali Marmara magistral yolunda maneəyə çırpılıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır", - məlumatda deyilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Xəbəri paylaş
Facebook-da paylaş








