Koronavirusdan hansı ölkədə nə qədər insan sağalıb - CƏDVƏL

 

Çində yaranan və dünyanın 80-dən çox ölkəsinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 98 mindən çox insan yoluxub.

Şəffaflıq.az xəbər verir ki, virusa yoluxanların sayı nə qədər çox olsa da, bundan sağalanların sayı da az deyil.

Bu günə olan statistikaya əsasən, dünya üzrə 55 min 418 nəfər epidemiyadan xilas olmağı bacarıb. COVID-19 virusundan ölənlərin sayı isə 3383 nəfər təşkil edir. Həyatını itirənlərin 2931 nəfəri məhz Çinin payına düşür. Bu ölkədə virus daşıyıcıları isə 80 mindən çoxdur.

Sevindirici haldır ki, virusun tüğyan etdiyi ölkələrdə sağalanların sayında da nəzərəçarpacaq dərəcədə artım var. Virusun yayıldığı gündən bu yana İranda 739 nəfər, İtaliyada 414 nəfər, Cənubi Koreyada isə 135 nəfər koronavirusdan sağalıb. Ən böyük sağalanlar kütləsi, təbii ki, 53 min 738 nəfərlə Çinin payına düşür

Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar:

Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.
  • Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.

  • Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.

  • Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər. 

  • Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsəyinizə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.

  • Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.
Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN

Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.

ÖLKƏLƏRYoluxanSAĞALAN
Çin8055253738
Cənubi Koreya6284135
İtaliya3858414
İran3513739
Almaniya54516
Fransa42312
Yaponiya36043
İspaniya2822
ABŞ2338
İsveçrə1193
Sinqapur11778
Böyük Britaniya1168
Honq Konq10546
İsveç940
Norveç910
Niderland820
Avstraliya6021
Küveyt580
Bəhreyn550
Malayziya5022
Belçika501
Tailand4731
Kanada466
Tayvan4412
Avstiya430
İraq350
İslandiya340
Yunanıstan310
Hindistan303
BƏƏ295
San Marino210
Əlcəzair170
Oman162
Vyetnam1616
Livan161
İsrail162
Ekvador130
Çex Respublikası120
Finlandiya121
Makau109
Danimarka100
Xorvatiya100
Portuqaliya80
Qətər80
AZƏRBAYCAN60
Rumıniya61
İrlandiya60
Belarus60
Səudiyyə Ərəbistanı50
Pakistan50
Meksika51
Fələstin40
Yeni Zelandiya40
Rusiya42
Seneqal40
Braziliya40
Çili40
Gürcüstan40
Sen-Bartelemi30
Filippin31
Estoniya30
Misir31
Argentina20
Sloveniya20
Bosniya və Herseqovina20
İndoneziya20
Macarıstan20
Lüksemburq20
Mərakeş20
Litva10
Kamboca10
Şimali Makedoniya10
Monako10
Əfqanıstan10
Ermənistan10
Dominikan Respublikası10
Ukrayna10
Cənubi Afrika Respublikası10
Lixtenşteyn10
Farer adaları10
Kosta Rika10
Andorra10
Cəbəli-Tariq10
Nigeriya10
Tunis10
Bhutan10
Nepal10
İordaniya10
Polşa10
Latviya10
Şri Lanka10

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}