Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








