İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: "Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub". Qeyd olunub ki, Muxtar Respublikanın digər təhsil müəssisələrində tədris normal qaydada davam edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








