Azərbaycan taekvondoçuları Kişineuda keçirilən beynəlxalq yarışda 7 medal qazanıblar
"Azəri" Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində uğurla çıxış ediblər. Şəffaflıq.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar. Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar. Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.
Facebook-da paylaş








