Azərbaycanda karantində saxlanılan şəxslərin sayı açıqlandı

 

Hazırda 500-ə qədər şəxs karantində saxlanılır.

Şəffaflıq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, onlardan xəstəliyin müayinəsi üçün müvafiq yaxmalar götürülüb.

"Onlarda koronavirus aşkarlanmayıb. Lakin xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün nəzarətdə saxlanılır. Bu şəxslırin ıksəriyyəti azərbaycanlılardır və onlar İrandan gəlib".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir: "Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}