İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib
İran ordusu Küveytdəki ABŞ-nin "Əli-Salem" aviabazasına, həmçinin Hind okeanındakı gəmilərə zərbələr endirdiyini bəyan edib. Şəffaflıq.az "Əl-Ərəbiyyə"yə istinadən verdiyi məlumata görə, bu barədə ordunun bəyanatında deyilir. "Müxtəlif mövqelərdən fəaliyyət göstərən quru və hərbi-dəniz qüvvələrinin raket bölmələri son bir neçə saat ərzində Küveytdəki "Əli-Salem" ABŞ hərbi aviabazasına, həmçinin Hind okeanının şimal hissəsindəki düşmən gəmilərinə zərbələr endirib", - ordunun bəyanatında bildirilib. Eyni zamanda, qeyd olunub ki, İranın hava zərbələrində 15 qanadlı raketdən istifadə edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








