Oğuzda işıq dirəyinə çırpılan avtomobil hissələrə parçalanıb
Oğuz rayonunda avtomobil işıq dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








