Rusiyada avtomobil Baykal gölünə düşüb, bir qrup turist ölüb


Rusiyanın İrkutsk vilayətində içərisində insanlar olan avtomobil Baykal gölündə buzun altına düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ökə KİV-ləri Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, yeddi turist və sürücü ölüb.

"Fevralın 20-si gündüz saatlarında Baykal gölündə, Xoboy burnu yaxınlığında doqquz nəfəri daşıyan "UAZ" markalı avtomobil buzun altına düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlər var", - məlumatda bildirilib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Bundan əlavə, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bir nəfərin xilas olduğunu, qalanların isə ilkin ehtimala görə həlak olduğunu bildirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi) və 293-cü maddəsinin 3-cü hissəsi (səhlənkarlıq) ilə cinayət işi başlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}