Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsi rəsinin birinci müavini güllələnib
Moskvada naməlum şəxs yaşayış binasında atəş açaraq Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi yaralayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, istintaq orqanları tərəfindən şəxsiyyəti müəyyən edilməmiş kişi Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Atəş arxadan açılıb. Vladimir Alekseyev xəstəxanaya yerləşdirilib. Atəş açan kişi axtarılır. Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qatil general-leytenantı Volokolamsk şossesindəki yaşayış binasının yanında gözləyib. Cinayət işi qətlə cəhd (RF CM-in 105-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi) və silahın qanunsuz dövriyyəsi (222-ci maddənin 1-ci hissəsi) maddələri ilə başlanılıb. Qeyd edək ki, Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir. 2017-ci ildə Alekseyev "Rusiya Qəhrəmanı" adına layiq görülüb.
Facebook-da paylaş








