Qara dəniz üzərində Amerikanın kəşfiyyat dronu müşahidə edilib
Amerikanın kəşfiyyat dronu Qara dənizin cənub hissəsi üzərində uçub. Şəffaflıq.az-ın məlumatına görə, bunu "Flightradar" izləmə xidmətinin məlumatları göstərir. Məlumata görə, "Northrop Grumman RQ-4B Global Hawk" dronu İtaliyadakı Siqonella aviabazasından havaya qalxıb. Bakı vaxtı ilə səhər saat 7:30-a olan məlumata əsasən, dron Türkiyə sahilləri yaxınlığında və Qara dənizin neytral sularında dairəvi manevrlər həyata keçirib.
Xəbəri paylaş
Facebook-da paylaş








