Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Qara dəniz üzərində Amerikanın kəşfiyyat dronu müşahidə edilib

Qara dəniz üzərində Amerikanın kəşfiyyat dronu müşahidə edilib


Bu gün, 09:13


Amerikanın kəşfiyyat dronu Qara dənizin cənub hissəsi üzərində uçub.

Şəffaflıq.az-ın məlumatına görə, bunu "Flightradar" izləmə xidmətinin məlumatları göstərir.

Məlumata görə, "Northrop Grumman RQ-4B Global Hawk" dronu İtaliyadakı Siqonella aviabazasından havaya qalxıb.

Bakı vaxtı ilə səhər saat 7:30-a olan məlumata əsasən, dron Türkiyə sahilləri yaxınlığında və Qara dənizin neytral sularında dairəvi manevrlər həyata keçirib.


Geri qayıt