Şəmkirdə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir
Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir. Şəffaflıq.az-ın məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığındakı dərədə onun meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub. Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir. Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








