Özbəkistan təyyarəsi qəza enişi edib
"Uzbekistan Airways" şirkətinə məxsus təyyarə Krasnoyarskda (Rusiya) qəza enişi edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb. "Daşkənd-Vladivostok reysini yerinə yetirən "Boeing" təyyarəsi Krasnoyarskda texniki səbəblərdən qəza enişi edib, eniş normal keçib", - mətbuat xidməti bildirib. Qeyd olunub ki, xəsarət alan olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








