İş yerində koronavirusa qarşı qabaqlayıcı tədbirlər açıqlanıb
Şəffaflıq.az xəbər verir ki, bu tövsiyələr həmçinin qrip və başqa yoluxucu xəstəliklərin də yayılmasına qarşı səmərəli ola bilər.
Həmin tövsiyələrə qabaqcadan, yəni koronavirusa yoluxma halını gözləmədən əməl olunmasının mühüm əhəmiyyət daşıdığı da vurğulanır.
1. İş yerinizin təmiz və səliqəli olduğuna fikir verin
Masanın üstünü də, masadakı telefon, klaviatura və başqa əşyaları da mütəmadi olaraq dezinfeksiya maddəsilə silmək lazımdır.
Həm əməkdaşlar, həm də iş yerinə gələn şəxslər mütəmadi olaraq əllərini sabunla yumalıdırlar.
Belə ki, əllərinizi yumaqla üzərinizdə olan COVİD-19 virusunu məhv edirsiniz. Əl üçün dezinfeksiya maddələri masa yaxınlığında gözədəyən yerdə saxlanmalı və qurtardıqca yenilənməlidir.
İş yerində əlləri yumağı təbliğ edən plakatlar yerləşdirilməlidir.
2. İş yerində tənəffüs yollarının təmizliyinə səy göstərin
Tənəffüs gigiyenasını təbliğ edən plakatlar yerləşdirin.
İş yerində lazımi miqdarda tibbi maskalar, öskürək və ya zökəm xəstəsi olan əməkdaşlar üçün salfetlər, habelə istifadə olunmuş maska və salfetlər üçün qapalı qutular olmalıdır.
Ezamiyyətə gedəcək əməkdaşlara və icraçılara müvafiq təlimatlar verin.
İş yerində COVİD-19 virus yayıldığı təqdirdə yüngülcə öskürək və ya kiçik qızdırması (məsələn, 37,3 dərəcə), yaxud virusun başqa yüngül əlamətləri olanlar mütləq evdə qalmalıdır (evdən işləməlidir). Əməkdaşlara bunu xəstəliyə görə məzuniyyət hesab etmələrini başa salın.
3. COVİD-19 virusunun yayıldığı bölgədən qayıdarkən
Qayıtdıqdan etibarən 14 gün ərzində səhhətinizi diqqətlə izləyin, gündə iki dəfə hərarətinizi ölçün.
Yüngülcə öskürək və ya qızdırma (37,3 dərəcədən başlayaraq) olsa, evdə təcrid vəziyyətdə qalın. Ailə üzvlərinə, başqa şəxslərə 1 metrdən çox yaxınlaşmamalısınız. Ailə üzvləriniz vəziyyəti yerli səhiyyə qurumuna bildirib getdiyiniz səfər və büruzə verdiyiniz əlamətlərdən ətraflı xəbərdar etməlidirlər.“Report”
Facebook-da paylaş