Ötən gün 2 avtomat silahı, 3 tapança aşkarlanıb
Ötən gün respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








