Samuxda 10 kiloqram narkotik vasitə aşkarlanıb.
Samuxda 10 kiloqram narkotik vasitə aşkarlanıb. Şəffaflıq.az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev saxlanılıb. Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotikləri satmaq məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Facebook-da paylaş








