Bakıda yük avtomobili ilə motosiklet toqquşub, Rusiya vətəndaşı ölüb
Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








