Hakan Fidan növbəti dəfə İran XİN rəhbəri ilə danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 14-də iranlı həmkarı Abbas Əraqçi ilə növbəti telefon danışığı aparıb. Şəffaflıq.az-ın məlumatına görə, nazirlər bölgədə yaranmış vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son sutka ərzində iki dəfə telefon danışığı olub.
Xəbəri paylaş
Facebook-da paylaş








