Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib
Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib. Şəffaflıq.az məlumat verir ki, "Sumqayıtçay" yaşayış massivi ərazisində 16 kalibirli "İJ-17" markalı qoşa lüləli ov tüfəngi tapılıb. Bundan başqa, 18-ci məhəllə ərazisində üzərində nömrəsi silinmiş "İJ-17" markalı tək lüləli ov tüfəngi də aşkarlanıb. Polis əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








