Biləsuvarda zəlzələ olub
Biləsuvar rayonunda 3.4 maqnitudalı zəlzələ olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ Cəlilabad stansiyasından 31 km şimal-şərqdə yerli vaxtla saat 10:53-də yerin 21 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








